"Buna görə də futbolçular arzuolunan futbolu göstərə bilmirlər" MÜSAHİBƏ

15:18 - 7 Aprel 2014

Nfor: "İndi bu, o qədər də vacib deyil"
 
Dünən Premyer Liqanın 29-cu turunda "Neftçi" "Bakı"nı minimal fərqlə məğlub edib. 1:0
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"yə 3 xal qazandıran qolun müəllifi Ernest Nfor jurnalistlərin suallarını cavablandırıb.
 
 
- Oyun haqda nə deyə bilərsiniz?
- Oyun asan keçmədi. Gərgin oldu. Qol üçün az vəziyyətlərimiz olmadı Ancaq oyunun sonlarında vura bildik. Şadam ki, qələbə qazandıq.
 
- “Neftçi”nin yenə də çempionluq şanslarının olduğuna inanırsınız?
- İndi bu, o qədər də vacib deyil. Bu mənada ki, biz indi hər oyunda qələbə qazanmalıyıq. Sonrasına isə baxarıq.
 
- Siz yenə qol vurdunuz və yenə də başla...
- Məsələ bunda deyil. Sadəcə bu, belə alınır. Belə vəziyyətlərdə nə ilə imkan var, vurmalısan. Həmçinin, hücumçu rəqib qapısı ağzında olarkən, həmişə hazır olmalıdır.
 
- Oyundan sonra siz hakimlikdən çox narazı idiniz.
- Bəli, bu, belədir və bu, ilk dəfə deyil ki, belədir.
 
- Siz bu barədə hətta “Bakı”nın baş məşqçisi Milinko Pantiçlə bir-iki kəlmə söz atışdınız.
- Bəli, onunla söhbətləşdim. Onunla heç bir problemimiz yoxdur. Sadəcə, hakimlik haqda danışdıq. Düz onun qabağında mənə qarşı kobud oynadılar və bu, təmiz qırmızı vərəqə idi. Bütün bunlar hakimin ikicə metrliyində baş vermişdi. Ancaq o, qaydanı pozmuş futbolçuya heç nə vermədi. Çox təəssüf ki, belə olur. Axı müvafiq səhvlər bizə də təsir edir.Buna görə də, futboçular arzuolunan futbolu göstərə bilmirlər. Müvafiq hal hakimlərlə hər dəfə baş verir. Sonra, videotəkrarda biz görəcəyik ki, hakim qırmızı vərəqə göstərməli idi. Məsələn, “Qarabağ”a qarşı ötən oyunda Almeyda məni vurdu, ancaq buna görə meydandan qovulmadı. Bunun əvəzində o, yalnız sarı vərəqə gördü. Mən hakimləri çox günahlandırmıram. Bu, onların işidir. Onlar öz işini görür, biz öz işimizi. Hər kəsdə bu, özünün bacardığı kimi alınır. Kimidə yaxşı, kimidə elə də yox.
 
- Çempionatdan sonra “Neftçi” Azərbaycan Kubokunda öz yoluna davam edir. Necə hesab edirsiniz, komandanın buna gücü yetəcək və siz iki cəbhədə uğur qazana biləcəksiniz?
- Bizim üçün hər oyun vacib olacaq. Kubok ayrıca mövzudur, çempionat ayrı. Bizim finala çıxmaq şansımız var və biz bundan istifadə etməliyik.

Xəbər xətti