Elxan Məmmədov: "Bu üzdən əməkdaşlıq baş tutmadı"
Ötən il AFFA ilə “Ayaks” Futbol Akademiyası arasında əməkdaşlıq barədə müzakirələr aparıldı. Əsas müzakirə mövzusu isə “Ayaks”ın Bakıda Futbol Akademiyasının açılması idi. Lakin şərtlərin müzakirə olunması və müvafiq qərarlar qəbul ediləcəyi deyilsə də, heç nə olmadı.
Bu məsələyə aydınlıq gətirmək üçün AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Elxan bəy bu əməkdaşlığının baş tutmayacağını bildirdi:
“Məlumdur ki, “Ayaks”ın Afrika və Asiya ölkələrində akademiyaları, bu qitələrin bəzi ölkələrində komandaları var. Sonradan “Ayaks”ın futbol akademiyasında oldum və söhbət zamanı Bakıda belə bir akademiyanın açılması üçün bizdən 500 min avro pul tələb etdilər. Bu qiymətə cəmi iki məşqçinin məvacibi daxil idi. Onlardan biri daim, digəri isə ayda 3 günlük məşq keçmək üçün Bakıda olacaqdı. Təbii ki, bu məbləğ bizi razı salmadı və bu üzdən əməkdaşlıq baş tutmadı”.
saytlarin hazirlanmasi