"Mən işləyə-işləyə arxamdan işçi axtaran rəhbərliklə işləyə bilmərəm"

20:10 - 7 Aprel 2014

Elvin Yaqubov: "Təki ömrüm və həyatım RƏVAN olsun!!!"
 
Bu gün “Rəvan” klubundan ayrılan mətbuat katibi Elvin Yaqubov istefası ilə bağlı öz fikrini sosial şəbəkədə paylaşıb. O, paylaşdığı statusda hazırki klub rəhbəliyi ilə işləməyinin qeyri-mümkünlüyünü bildirib.
 
Sportal.az həmin statusu təqdim edir:
 
"Mən mənimlə işləmək istəməyən, işimi dəyərləndirməyən, mən işləyə-işləyə arxamdan işçi axtaran rəhbərliklə işləyə bilmərəm!!! Karyeramın "Rəvan" səhifəsi başa çatdı. Orda işlədiyim müddətdə mənə miqdarından, ölçüsündən, həcmindən asılı olmayaraq, dəstək olan, yardım edən hər bir kəsə təşəkkür edirəm. Haqlarını halal etsinlər. 
Təki ömrüm və həyatım RƏVAN olsun!!!"
 
Qeyd edək ki, Yaqubov vəzifəyə gəldikdən sonra klubun media sahəsində gördüyü işlərdə irəliləyiş hiss olundu, klubun rəsmi saytında daimi xəbərlər yerləşdirilir, oyunlardan sonra dərhal videoicmallar yerləşdirilir və eyni zamanda da mətbuat nümayəndələri ilə də əlaqə yarada bilmişdi.

Xəbər xətti