"Qəbələ"ni futbolçulara görə cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Bakı” matçının 2, 42, 49, 80-cı dəqiqələrində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Sumqayıt” matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə olunub.
saytlarin hazirlanmasi