"İnter" "Şəfa"nı neçəyə alıb?

13:47 - 8 Aprel 2014

Elxan Məmmədov: "Burada gizlədiləcək bir şey yoxdur"
 
2012-ci ildə AFFA İcraiyyə Komitəsinin iclasında “İnter” Peşəkar İdman Klubunun AFFA-ya ünvanladığı müraciətə baxıldı və “Şəfa” stadionunun satılması barədə qərar qəbul olundu. Həmin vaxtdan satılma prosesi başlayıb və hələ tam başa çatmayıb.  “Şəfa” stadionunun satış qiymətini “Het-trik news” qəzeti araşdırıb və AFFA-nın baş katibi bu məsələyə qəzetə verdiyi açıqlamada aydınlıq gətirib.
 
Sportal.az həmin açıqlamanı təqdim edir:
 
“Ödəniş tam bitməyib. Amma buna baxmayaraq, məbləği deyə bilərəm və burada gizlədiləcək bir şey yoxdur. “Şəfa”nın satış məbləği ƏDV xaric 4 milyon 250 min manatdır. “Şəfa”nın satılma prosesi tam başa çatmadığından əldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarə olunub. Məbləğ tam ödənildikdən sonra   AFFA-nın növbəti hesabatında gəlir kimi öz əksini tapacaq”

Xəbər xətti