Horvat: "İndidən kimin avrokuboklara gedəcəyini demək çətindir"
"Bakı"nın yarımmüdafiəçisi Lukas Mario Horvatın Sportal.az-a müsahibəsi:
- “Neftçi”yə minimal fərqlə məğlub oldunuz. Qələbə qazanmağınıza nə mane oldu ?
- Əvvəlcədən bilirdik ki, bizi çətin oyun gözləyir. 90 dəqiqə ərzindədə pis oynamadıq, qol epizodları yaratsaq da bunlardan istifadə edə bilmədik. Rəqib isə cərimə zərbəsindən sonra kiçik bir səhvdən hesabı açdı. Bu oyun elə bir oyun idi ki, kim qol vursaydı, o da qalib gələcəkdir və elə də oldu.
- Bu oyunda 4 (Etto, Vüqar Mustafayev, Rauf Əliyev, Namiq Ələsgərov) əsas heyət futbolçusu iştirak etmədi. Bu sizin oyununuza necə təsir etdi ?
- Bu futboldur, bəzən çox vacib futbolçuların oynamaya bilər. Lakin bu, bizim uduzmağımıza bəhanə ola bilməz. Bizim yaxşı futbolçularımız var, bu oyunda da komanda olaraq yaxşı mübarizə apardıq.
- Artıq “İnter” turnir cədvəlində sizi qabaqladı...
- Bizim əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır və bunun üçün də sonuna qədər vuruşacağıq. Hələ qarşıda 7 oyun var, “İnter” də cəmi 3 xal bizi qabaqlayır. Həm də bizim “İnter”lə oyunumuz da qalıb. İndidən kimin avrokuboklara gedəcəyini demək çətindir.
- Oyunda zədələnmişdin. İndi zədən necədir ?
- Sadəcə dodağım partlamışdı, indi hər şey yaxşıdır. Növbəti oyunda komandama kömək edə biləcəm.
- “Neftçi” ilə qarşılaşmada hakimlikdən razı qaldın ?
- Mən bu barədə danışa bilmərəm. Sadəcə bir epizodda penaltimiz verilmədi. Onları da başa düşmək olar, onlar da bizim kimi insandır, səhv edə bilərlər. Bu barədə başqa heç nə deyə bilmərəm ?
Yusif HÜSEYN
saytlarin hazirlanmasi