Tahir Süleymanov: "Əliyar Ağayevin əsas işi özünü psixoloji baxımdan oyunlara hazırlamaqdır"

17:23 - 8 Aprel 2014

"Final mərhələsində iştirak etmiş bir hakim kimi Ağayevə köməklik etməyə hazıram"
 
Bu gün beynəlxalq dərəcəli gənc hakim Əliyar Ağayevin Maltada keçiriləcək 17 yaşlılardan ibarət milli komandalar arasında keçiriləcək Avropa Çempionatının final mərhələsinə təyinat aldığı məlum oldu.
 
Sonuncu dəfə belə mötəbər turnirə əsas hakim kimi 1996-cı ildə 16 yaşlıardan ibarət komandalar arasında keçirilən AÇ-yə hazırda "Neftçi"nin vitse-prezidenti vəzifəsində işləyən Tahir Süleymanov dəvət almışdı. 
 
Süleymanov Əliyar Ağayevin belə turnirə dəvət alması ilə bağlı öz fikirlərini Sportal.az-la bölüşdü:
 
"Sevindirici haldır ki, Əliyar Ağayev 17 yaşlılardan ibarət milli komandaların Avropa Çempionatının final mərhələsinə təyinat alıb. İndi də yadıma düşür, 1996-cı ildə 16 yaşlılar arasında Avstriyada keçirilən Avropa çempionatına təyinat almışdım. Həmin turnirdə komandaların sayı çox olduğu üçün 10-dan çox hakim təyinat almışdı, xatırlayıram, İngiltərə - İsrail, İsrail - Türkiyə kimi matçlarda baş hakim olmuşdum. Həqiqətən çox məsuliyyətli işdir, əsas odur ki, Əliyar Ağayev bu işin məsuliyyətini dərk etsin. İnanıram ki, gənc hakimimiz bu işin öhdəsindən gələcək. İnanmıram ki, Avropa Çempiontında Ağayev fiziki baxımdan nəsə çətinlik çəksin, onun əsas işi özünü psixoloji baxımdan oyunlara hazırlamaqdır. Bu çempionat Ağayevin gələcək beynəlxalq karyerası üçün tramplin rolu oynayır. Ö, özünü yaxşı tərəfdən göstərib daha da mötəbər turnirlərə dəvət alsın. Final mərhələsində iştirak etmiş bir hakim kimi Ağayevə köməklik etməyə hazıram. Nəinki mən, bütün futbol ictimaiyyətimiz gənc hakimimizə dəstək olmalıdır".

Xəbər xətti