Manuel Bleda komandasını məğlubiyyətdən xilas etdi
Belarus çempionatında 2-ci turun oyunları olub. Hesabat turunda keçirilən “Torpedo-BelAz” – “Belşına” matçı bərabərliklə sona çatıb. Sportal.az xəbər verir ki, qonaqlar birinci hissədə məğlub duruma düşsə də, 78-ci dəqiqədə Manuel Bleda baş zərbəsi ilə “Belşına”nı məğlubiyyətdən xilas edib.
Xatırldaq ki, Manuel Bleda 2013-cü ildə “Qarabağ”ın düşərgəsində yoxlanışda olmuşdu. 4 yoldaşlıq görüşündə iştirak edən forvard 2 qol da vurmuşdu. Lakin məşqçilər korpusu ispan forvardın oyununu bəyənməmişdi.
saytlarin hazirlanmasi