"Mən Pantiçin məşqlərində çox "sınmışam"
"Sumqayıt"ın gənc futbolçusu Rəhman Hacıyev Sportal.az-a müsahibə verib. Hacıyev bundan əvvəl "Bakı"da forma geyinib, Pantiçin komandaya baş məşqçi təyin olunmasından sonra futbolçu əsas heyətdə öz yerini itirdi və icarə əsasında "Sumqayıt"a transfer oldu. Müqavilə ilə "Bakı"!ya məxsus olan gənc futbolçu müsahibəsində "Bakı"dan niyə ayrıldığına və digər məsələlərə aydınlıq gətirib:
- Ötən tur “Rəvan”la qarşılaşdınız. Hesabda irəli keçsəz də, üstünlüyünüzü sona qədər qoruya bilmədiniz...
- İlk hissədə üstünlük bizdə idi, buraxdığımız qol da kiçik bir səhvdən oldu. İkinci hissə “Rəvan” yaxşı oynadı. Bu oyunu biz qalib gəlməli idik, amma alınmadı.
- AFFA prezidenti Rövnəq Abdullayev son açıqlamasında bir komandanın güclülər dəstəsini tərk edə biləcəyini söyləyib. Bu qərar sizə necə təsir etdi ?
- İndi sonuncu pillədə qərarlaşırıq, biz də çalışırıq ki, bu pillədən qurtulaq. Bu açıqlamdan da əvvəl komandada arxaynçılıq yox idi, çox istəyirik ki, qələbə qazanaq amma alınmır. Həm də buradakı futbolçulardan icarə əsasınında oynayanlar da var. Onlar da özünü göstərib daha da iddialı komandalar da oynasınlar.
- “Sumqayıt”ın əsas heyətində oynayırsan. Burada özünün sərbəst hiss edirsən ?
- Mənə elə gəlir ki, əsas heyətdə yerimi tutmuşam, sərbəstəm. Hələ ki, öz oyunumdan razı deyiləm, bundan da daha yaxşı oynaya bilərəm.
- “Bakı”da Starkovun məşqçiliyi dövründə daim start hyətdə olurdun və komandanın aparıcı futbolçularından idin. Milinko Pantiçin gəlişindən sonra isə ehtiyyatda qaldın. Buna səbəb nə idi ?
- Mən orada olanda Pantiç məni cəmi iki dəfə oynatdı. “Rəvan”la oyunda 15 dəqiqə oynadım qol ötürməsi etdim, “Xəzər Lənkəran”la oyunda isə cəmi iki dəqiqə meydanda oldum. Əgər məni oynatsaydı, söz verirəm ki, mən komandaya xeyir verə bilərdim. Səbəbini bilmirəm məni niyə oynatmırdı. Ondan soruşanda ki, “Məni niyə oynatmırsan” cavabı o olurdu ki, “belə davam et, oynayassan”.
- Nəzərə alaq ki, hazırda Pantiç “Bakı”nın heyətində gənclərə də şans verir. Bəs baş məşqçi niyə Rəhman Hacıyevi oynatmadı ?
- Bunu mən də bilmirəm. Heç Pantiç bildirməyib ki, Rəhmanın bu səhvləri var. Mənə deyirdi ki, “məşq et”, mən nə vaxta kimi məşq edim ? “Rəvan”la oyunda mənə 15 dəqiqə şans verdi, mən də qol ötürməsi etdim. Bundan başqa nə etməliyəm ki? Komandada nizam-intizamı pozmamışam. Ola bilər ki, onun oyununa xas bir futbolçu deyiləm. Amma “Bakı”da hamı eyni gücdə futbolçu deyil. Noldu bir dənə mən uyğun olmadım ?
- Bəs nə vaxt başa düşdün ki, sən artıq əsas heyətdə oynamayassan ?
- Artıq çempionatda neçə tur keçməsinə baxmayaraq, məni heç “18-liy”ə də salmırdı. Bütün mşqçilərdən xahiş edirəm ki, oynatmadığı futbolçulara icazə versin, getsinlər özlərinə komanda tapsınlar. Şans verməyən məşqçilər futbolçuları bədbəxt edir, onların karyerasının üstündən xətt çəkir. Elə oyunçular var ki, ehtiyyatda qalır. Bunlardan biri də mənəm, “Sumqayıt”da özümü göstərdim. Mövsüm bitdikdən sonra müqavilə ilə məxsus olduğum “Bakı”ya qayıdacam və Pantiçlə söhbət edəcəm. Əgər mənə şans versə qalıb canla-başla oynayaram, əgər oynatmayacaqsa, başqa komandaya gedəcəm. Şükürlər olsun ki, təkliflər də var, amma ad çəkmiyəcəm.
- Belə başa düşdüm ki, “Bakı”dan inciyib ayrılmısan ?
- Yox, heç bir inciklik yoxdur. Bütün rəhbərliyə təşəkkür edirəm ki, yaxşı və pis günümdə yanımda oldular və mənə dəstək oldular. Pantiçdən inciməm, çünki o, mənə şans vermədi ki, özümü göstərim. Oynamayan futbolçu nə vaxta kimi səbr edər. Mən Pantiçin məşqlərində çox “sınmışam”, o heç oyunun iştirak ərizəsinə də salmayıb. Açıq desin ki, “səni istəmirəm”, versin sənədlərimi gedim özümə komanda tapım, karyeramı pis günə qoymasın. Mən milli komandada oynamaq istəyirəm. Qış fasiləsində mənə zəng gəldi ki, “Rəhman, Pantiç deyir ki, özünə komanda tapsın, bir az təcrübə yığsın”. Amma mən Premyer Liqada çox oynamışam, fikrimcə təcrübəyə də ehtiyacım yoxdur. “Bakı”nın yetirməsiyəm, həmişə istəmişəm ki, “Bakı”ya kömək edim, o forma altında uğurlara imza atım.
- Sənin üçün futbol oynamaq önəmlidir, yoxsa pul ?
- Əlbəttə ki, futbol oynamaq. Birinci sənətini sevməlisən, oynayandan sonra da pul gəlir.
- Qarşıda “Simurq”la oyununuz var. Bundan əvvəlki hər üç oyunda “Sumqayıt” “Simurq”a məğlub olub.
- Bu dəfə hər şey fərqli olacaq, həmişə onlara qarşı oyunumuz alınmayıb. Bu oyunu çoxdandı gözləyirik və bundan əvvəlki oyunlarını heyfini çıxacağıq. Qələbə qazanıb soonuncu pillədən canımızı qurtarmaq istəyirik.
Şahin OĞUZ
saytlarin hazirlanmasi