"Xəzər Lənkəran"la oyunda 1 xal da pis deyildi" MÜSAHİBƏ

11:45 - 14 Aprel 2014

Xavyer:"İnter"i mövsümdə ilk dəfə məğlub edəcəyik"
 
"Bakı"nın futbolçusu Junior Vilson Xavyerin Sportal.az-a müsahibəsi
 
- “Xəzər Lənkəran”la oyunda ilk hissəni 2:0 hesabı ilə məğlub tamamladınız, ancaq ikinci hissədə iki qol vurub hesabı bərabərləşdirdiniz. Fasilədə nə dəyişdi ki, komanda ikinci hissə tam fərqli oyun göstərdi ?
- İlk hissə oyunumuz alınmadı, ancaq fasilədə baş məşqçi bizi ikinci hissəyə tam hazırladı. İkinci hissə çıxıb istədiyimiz oyunu göstərə bildik. Hesabı bərabərləşdirdik, hətta qalib də gələ bilərdik.
 
- Bu oyunda qazanılan bir xalı “Bakı” üçün uğur saymaq olar ?
- Biz meydana 3 xal üçün çıxmışdıq, ancaq əgərə fasiləyə iki top fərqi ilə yollanırsansa, həm də rəqibimiz "Xəzər Lənkəran"dırsa, belə oyunda bir xal da pis deyil. H
 
- Son iki oyunlarda komandanızda çoxlu itkilər var. Bu, sizin oyununuza necə təsir edir ?
- Düzdür, komandanın əsas heyət oyunçularından bir neçəsi oynamırdı, ancaq fikrimcə, onları əvəzedən futbolçular onların yoxluğunu hiss etdirmədi. Heyətimizdə kifayət qədər keyfiyyətli futbolçular var.
 
- Bu oyunda xal itkisəndən sonar 4-cü pillədə qərarlaşırsınız və 3-cü pillə ilə aranızda 5 xal fərqi var. Komandanın avrokuboklara getmək şansını necə dəyərləndirirsən?
- Qarşıda altı oyun var, 5 xal fərqi də elə də böyük deyil. Hələ də bizim şansımız var, bunun üçün qarşıdakı oyunlarda maksimum xal toplamalıyıq.
 
- Bu tur “İnter”lə qarşılaşacaqsınız və bu mövsüm heç bir oyunda “İnter”İ məğlub edə bilməməsiniz?
- Amma bu tur ilk dəfə qalib gələcəyik(gülür). Ötən oyunlara fikir vermirik, çünki onların bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu oyuna yaxşı köklənib və istədyimiz 3 xalı qazanaq.
 
- Son bir neçə oyunda olmasan da , “Xəzər lənkəran”la matçda 90 dəqiqə forma geyindin. Əvvəlki oyunlarda əsas heyətə düşə bilməməyinin səbəbi nədir ?
- Mən həmişə komandama kömək etməyə hazıram, əsas heyətdə oynayıb – oynamamağım baş məşqçinin qərarından asılıdır. Mənim işim məşq edib yaxşı formada olmaqdır.  Mən də çox oyun oynamaq istəyirəm, ancaq bu futboldur, bunu mən də gözəl başa düşürəm.
 
Yusif HÜSEYN

Xəbər xətti