30-cu turun ən yaxşıları müəyyənləşdi: Siyahıda "Xəzər Lənkəran"dan heç kim yoxdur

16:28 - 16 Aprel 2014

Turun ən yaxşısı Reynaldodur
 
Premyer Liqada ötən turun ən yaxşı futbolçuları məlumdur.
 
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası, ənənəvi olaraq, InStat Football şirkətinin təqdim etdiyi statistik məlumatlar əsasında 30-cu turun rəmzi komandasını müəyyən etmişdir.
 
Qapıçı – Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər – Matija Spiçiç (İnter), Yohan Bokonyano (İnter), İqor Mitreski (Neftçi), Araujo Santos (Bakı)
Yarımmüdafiəçilər – Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Asif Məmmədov (İnter), Əfran İsmayılov (Bakı)
Hücumçular – Reynaldo (Qarabağ), Draqan Çeran (Simurq)
 
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva isə turun ən yaxşı oyunçusu seçilib.

Xəbər xətti