Güvənc Kurtar: "Bu, məni dəli edəsi idi"

21:11 - 16 Aprel 2014

"Əgər o, belə hərəkət edibsə, mütləq cəzalandırılacaqdır"
 
Bu gün ölkə kubokun yarımfinalında "Neftçi" "Rəvan"ı qəbul edib 1:1.
 
Sportal.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar matç haqqında fikirlərini bildirib:
 
"Kubok iki oyundan ibarətdir və onun nəticəsinə uyğun finala çıxarsan. Biz bura finala çıxmaq düşüncəsi ilə gəldik. İlk hədəfimiz qol buraxmayıb qol vurmaqdır. İkinci hissə riskə girdik, qol vurmaq üçün çalışdıq. Meydana girənlər oyunda yaxşı tərəfdən göstərdilər. Yaxşı oynaya bilmədik, "Neftçi" güclü komandadır, bizim futbolçular da stres var idi. İlk hissədə hava toplarına istifadə etsək də, alınmadı. Bu gün avantajlı nəticə əldə etdik. Oyunun sonlarında "Neftçi" yoruldu, bu da bizim işimizə yaradı. Növbəti boyuna bir həftə var. 
 
Bizim heyətdə təcrübəli futbolçuların sayı azdı. Mən kubok oyununa görə, bu oyunçulardan necə "Qəbələ" ilə oyunda şans verim. "Qəbələ" ilə matçda oynamayanlara şans verəcəyik.
 
Tyaqonun qoldan sonra sevincini görmədim. Futbolçu heç vaxt qol vurduqdan sonra rəqib azarkeşləri hirsləndirə bilməz. Əgər edibsə, bu bir ayıb hərəkətdir. Əgər elə bir hərəkət edibsə, cəzalandıracaq.
 
Ayaz Mehdiyevi də ona görə əvəzlədim ki, o. keçən həftə qrip idi, oynamadı. Amma oyunun sonlarına yaxın bizə "diri" adam lazım idi. O, çox perspektivli futbolçudur, inanıram ki, gələcəkdə Azərbaycan millisinə layiq oyunçu olacaq. 
 
Bu gün bizdə standard vəziyyətlərdən istifadə edə bilmədik. Bugünki standard vəziyyətlər biabırçılıqdır.  Az qala bu toplar belə məni dəli edəsi idi. Bugün heç birini yerinə yetirə bilmədik
 
Prezidentimiz çox yaxşı insandır. Özünü sadəcə bir dəfə Azərbaycana gələndə gördüm. Amma rəhbərlik istədiyimi edir. Düzdür, bəzi sıxıntılarımız var. Ancaq bir bazamız olduqdan sonra bunlar da həllini edəcək"

Xəbər xətti