"Rəvan" səddini keçməmək bizim üçün faciədir"
Bu gün ölkə kubokunun yarımfinalında "Neftçi" "Rəvan"ı qəbul edib 1:1
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bildirib:
"Gərgin oyun olmadı. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik, xüsusi ilədə, Cavid İmamverdiyev 2-3 yüzfaizlik epizoddan istifadə edə bilmədi. Bir şeyi unutmayaq ki, kubok iki oyundan ibarətdir. Ayın 24-ü bütün məsələlərə aydınlıq gətirəcəyik. Bir onu deyə bilərəm ki, "Rəvan" üçün asan oyun olmayacaq. Cavab oyununda lazım gəlsə, 5 hücumçu oynadacam. Allah Cavidin papağını uca etsin. "Rəvan" səddini keçməmək bizim üçün böyük faciə sayılacaq.
Hiss edirəm ki, komandada fiziki çatışmazlıqlar var. Bundan əvvəl "Neftçi" 90 dəqiqəni hücumda keçirirdi. Oyunun sonlarında durğunluq yorğunçuluqdan yox, arxaynlaşmaqdan irəli gəlir.
Bugünki oyunda Nforun ağrıları var idi, amma başqa hücumçumuz olmadığı üçün onu oynatdıq.
"Rəvan" klubu Rauf Cabbarovun bu oyuna təyin almasına qarşı çıxırdı. Amma bugün "Rəvan" üçün pis idarəçilik etmədi. Bizim yüzfaizlik penaltimiz verilmədi"
saytlarin hazirlanmasi