"Rəqib futbolçular yeganə qol imkanlarını düzgün dəyərləndirdilər"
Dünən ölkə kubokunun yarımfinalında "Neftçi" doğma meydanda "Rəvan"la bacarmayıb 1:1.
Qarşılaşmadan sonr "Neftçi"nin kapitanı Rəşad Sadıqov oyunla bağlı öz fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
"Oyun gərgin alındı. Qələbəni əldən versək də, komandamız pis çıxış etmədi. Bu bizim üçün heç də yaxşı olmadı. Cavab qarşılaşmasında səhvimizi düzəltməyə çalışacıq. Finala adlayacağımıza inanırıq və bunun üçün əlimizdən gələni edəcik. Hesabı artırmaq üçün xeyli imkanlarımız oldu. Heç birindən yararlana bilmədik. Rəqib futbolçular yeganə qol imkanlarını düzgün dəyərləndirdilər".
saytlarin hazirlanmasi