"Bundan sonra həm oyunumla həm də qollarımla onları sevindirməyə çalışacağam"
"Qarabağ"ın futbolçusu Reynaldo Sİlva Premyer Liqada fevral və mart ayının ən yaxşısı seçilib.
Mükafatlandırma mərasimindən sonra braziliyalı futbolçu hisslərini Sportal.az-a bölüşdü: “İki ayın ən yaxşı oyunçusu seçilməyim məni sevindirir. Mükafatı qazanmaqla mən rahat ola bilmərəm. Əkəsər hallarda arxayınçılıq futbolçunun əleyhinə işləyir. Ona görə də daha da ciddi çalışmalıyam ki, özümü hər tərəfdən yaxşı göstərim. Səsvermədə məni bu mükafata layiq görən insanlara mətbuat vasitəsiylə təşəkkür edirəm. Bundan sonra həm oyunumla həm də qollarımla onları sevindirməyə çalışacağam”.
Milli komandamızda oynamağa hazır olan Reynaldo indidən ölkəmizlə bağlı məlumat toplamağa başlayıb: “Nə ingilis nə də azəri dilini bilirəm. Ancaq ölkəniz haqqında xeylı məlumat toplamışam. Azərbaycanın bir sıra bölgələrinə səfər etmişəm və oranın adət-ənənləri ilə maraqlanmışam. Azərbaycan dilinı öyrənmək mənə bir qədər çətinlik yaradır. Çünki elə bir şəxs olmalıdır ki, onunla daim ünsiyyət saxlamaqla dilinizi öyrənim“
.
“Qarabağ”ın bombardiri onunla maraqlanan komandalarla bağlı suala belə şərh verib: “Ola bilsin ki, hansısa bir komanda mənimlə maraqlansın. Bu o demək deyil ki, “Qarabağ”ı tərk edəcəyəm. Mən özümü bu komandada rahat hiss edirəm. İlk növbədə məqsədimiz “Qarabağ”la çempionluğu əldə etməkdir. Burada özümü xoşbəxt sayıram və “Qarabağ”dan ayrılmaq fikrim də yoxdur. Hələ bir neçə il “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyəm”.
saytlarin hazirlanmasi