"Arena" verilişinin növbəti buraxılışı
"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
Sportal.az xəbər verir ki, verilişdə çempionatın növbəti turunun müzakirəsi aparılıb və I Divizionda baş tutan son oyunlardan danışılıb. Verilişdə qonaq qismində "Kəpəz" fan -klubunun rəhbəri Elmar Əliyev Əliyev və "Futbol +" qəzetinin əməkdaşı Rəşad Qasımov olub. Verilişdə Elmar Əliyev "Kəpəz" in hazırkı çətin durumundan danışıb,
Gəncə kimi iri şəhərdə futbolun belə bir vəziyyətə düşməsinə təəssüfləndiyini dilə gətirib. Verilişdə yer alan futbol yazarı Rəşad Qasımov isə I Divizionun növbəti turunda "Turan - T" və "Kəpəz" komandalarının görüşü barədə də fikirlərini bildirib. O əvvəllər "Qərb derbisi" adlanan qarşılaşmanı indiki halda, "Rəhmətlikərin görüşü" kimi yadda qaldığını sözlərinə əlavə etdi.
saytlarin hazirlanmasi