"Neftçi"dən "Rəvan" rəsmilərinə cavab: "Onlar istəklərinə çatdılar" MÜSAHİBƏ

16:20 - 18 Aprel 2014

"Onlar elə biliblər ki, hansısa bir rəsmi mərasimə gəliblər"
 
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun Sportal.az-a müsahibəsi:
 
- Bu gün “Rəvan”ın idarə heyətinin üzvü İlqar Axundov “Futbol+” qəzetini verdiyi açıqlamada “Neftçi”nin onlar üçün ayrıdığı yerdən narazı qaldırdığını bildirib və o, əyləşdikləri VİP tribunada tez-tez söyüşlər eşitdiyini dilə gətirib.
- İlqar Axundovu tanımıram, hiss olunur ki, futbolda yenidir. Birincisi, biz “Rəvan” rəsmilərinə VİP tribunada yox, “Skybox”da yer vermişdik, bunlar tam fərqli yerlərdir.  Həmin “skybox” tam qapalı və içərisində hər cür şərait var. Ümumiyyətlə, “Neftçi” ilə oyunda qonaq komandanın klub rəhbərləri yüksək səviyyədə qarşılanır və onların bu yerdə oturması üçün lazımı şərait yaradılır. İlqar Axundovun əyləşdiyi yerdə, hörmətli Cahangir Hacıyev, Tale Heydərov, Mais Mənsimov və Tahir Gözəl kimi şəxslər əyləşib və hər şey də yüksək səviyyədə olub. Yəqin ki, Axundov futbolda yeni olduğu üçün futbolun qaydalarını yaxından bilmir. Onlar elə biliblər ki, hansısa bir rəsmi mərasimə gəliblər, içəri girəndə bu şəxslər içəri gələndə bunlar üçün əl çalınmalıdır. Vaxt keçdikcə, öyrənəcəklər. Oyundan sonra baş verənlərə gəldikdə, 93-cü dəqiqədə “Rəvan”ın futbolçusu Tyaqo Mirasema qol vurduqdan sonra azarkeşlərə qeyri-etik jest edərək onları ayağa qaldırdı. Əslində, “Rəvan” rəhbərliyi həmin legioner futbolçunun etdiyi jestə münasibət bildirsəydi, yaxşı olardı. Ancaq futbolçu oyundan sonra etdiyi jestə görə “Neftçi” tərəfindən üzrxahlqı etdi və biz də bunu qəbul edirik. Futbolda belə emosional hərəkətlər olur, bunu da başa düşmək olar. 
-
- Mətbuatda yazılanlara görə, “Rəvan”la oyundan sonra komandanızın futbolçusu Ernest Nfor xanımı azarkeşlərin içərisəndə oturduğu üçün rəhbərliyə öz etirazını bildirib..
- Nforla bağlı yayılan məlumatlar yalnışdır. Futbolçu belə bir şeyə etiraz etməyib. Biz həm yerli, həm legioner futbolçuların ailə üzvlərinə xüsusi olaraq “skybox”larda yer vermişik və onlar oyuna gələndə öz yerlərini bilirlər. Nforun oyundan sonra emosional olması nəticə ilə bağlıdı. “Rəvan”ın son saniyələrdə vurduğu qol ona pis təsir etmişdi. Xüsusi ilə də, cərimə meydançasının içində ona qarşı edilmiş qayda pozuntusuna göz yuma bilmirdi. Futbolçu da etirazını bildirdi ki, həmin epizodda penalti verilməli idi.
 
- Sizcə, Rauf Cabbarov həmin anda penalti verməkdən çəkindi?
- Adətən, biz gənc hakimlərə dəstək veririk,bundan sonra da verəcəyik. Rauf Cabbarovdan başqa qapı xəttində dayanmış əlavə köməkçi hakim bunu açıq aydın gördü. 1:0 irəlidə olduğumuz halda, penalti verilsəydi, oyunun taleyini həll etmiş olardıq. Təəssüf ki, hakimlər nəticəyə təsir edən kobud səhvə yol verdilər. Əslində, oyundan əvvəl “Rəvan” rəhbərliyinin Rauf Cabbarovun bu oyuna təyinat almasına irad bildirməsinə cavab olaraq deyirəm ki, elə buna görə gənc hakimə təyinat vermişdilər ki, belə epizodlar olsun, hakim də epizodlara göz yumsunlar. Həmin şəxslər, hakimlərlə birlikdə istəklərinə çatdılar.
 
- 10 oyunluq cəzanız başa çatdı. Bu cəzanı Tahir Süleymanov haqq etmişdi?
- Cəzanı Tahir Süleymanova yox, Azərbaycan futboluna vermişdilər. Onların istəkləri bu idi və onu da gerçəkləşdirdilər. 
 
- 10 oyunu televiziyadan izləmək sizin üçün çətin olmadı?
- Daim komandanın yanında olmuşdum. Məcburiyyətdən televiziya vasitəsi ilə izləyərdim, elə oyunlar oldu ki, heç televiziya da izləmədi və həmin oyunlara baxa bilmədim. Həmin oyunlarda stadionla telefon vasitəsi ilə əlaqə saxlayırdım.
 
Şahin OĞUZ

Xəbər xətti