"Çətin olsa da, qələbə qazanmalıyıq"
"Bizim üçün əsas olan 3 xal idi və onu da qazandıq. Böyükhesabla qalbi gəlməyimiz bizim üçün önəmli deyildi, əsas olan qələbə qazanmaq idi. Artıq “Rəvan”la oyunu unudub irəlidəki oyunlara baxmaq lazımdır".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Ansi Aqolli bildirib. "Qarabağ" çempion kimi təbrik etmək olar? sualına isə albaniyalı müdafiəçi belə cavablandırıb:
"Çempionluğu təbrik etmək mənim ad günümü təbrik etməyə bənzəyir. Mənim ad günüm oktyabrdadır və sən indidən təbrik edirsən. Yaxşı olardı ki, vaxtında təbrik edəsən. Ona görə hələlik çempionluğumuzu rəsmiləşdirənə kimi bu barədə danışmaq üçün tezdir".
O, sabah qarşılaşacaqları "Simurq"la oyun haqqındada öz fikirlərini bildirib:
“Simurq” heç də zəif komanda deyil və bu mövsüm məğlub edə bilmədiyimiz tək komandadır. Biz ora öz oyunumuz göstərib 3 xal üçün gedirik. Çətin olsa da, qələbə qazanmalıyıq.
saytlarin hazirlanmasi