“İnter” yaxşı oyun göstərib ədalətli qələbə qazandı"
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqasının 31-ci turunda "İnter"ə 0:4 hesablı məğlubiyyəti şərh edib.
Sportal az xəbər verir ki, serbiyalı mütəxəssis rəqibin ədalətli qələbə qazandığını deyib:
“Bu cür məğlubiyyətdən sonra nə deyə bilərəm? Mənə “İnter”i təbrik etmək qalır, yaxşı oyun göstərib ədalətli qələbə qazandılar. Futbolçularım üçün 0:4 ağır məğlubiyyət ola bilər, mənim üçün isə 0:1 də məğlubiyyətdir. Bəzi oyunçular artıqlaması ilə özünü oyuna verdi, meydançada sona kimi mübarizə apardılar".
saytlarin hazirlanmasi