"Bir neçə gün öncə bu oyuna görə narahat idim"
”Oyun haqqında deyiləsi o qədər də çox fikir yoxdur. Desəm ki, “Simurq”, yaxud da biz güclü oynadıq, düz çıxmaz. Sadəcə rəqib bir standart vəziyyətdən yararlandı. Bir neçə gün öncə bu oyuna görə narahat idim. Məğlubiyyəti haqq edirdik. Qarşıdakı oyuna ciddi hazırlaşmaq lazımdır".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Simurq"la 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib. O, suni ot örtüyü və hava şəraitinin, istər-istəməz, oyuna təsir etdiyini bildirib:
"Amma, bu, məğlubiyyətin səbəbi olmadı. Rəqib komandanı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
saytlarin hazirlanmasi