AFFA cəzaları açıqladı: Rəhim Həsənova kəllə atan futbolçu neçə oyunluq cəzalandırıldı? Tahir Süleymanova yenə qadağa!

13:50 - 22 Aprel 2014

Abdullayevə 3 oyunluq cəza
 
İntizam Komitəsinin bu gün knövbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, bu qərarlar qeydə alınıb.

Topaz Premyer Liqasının XXXI turunun “Simurq” – “Qarabağ” matçının 35-ci dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur

Topaz Premyer Liqasının XXXI turunun “Bakı” – “İnter” matçının 72-ci dəqiqəsində “Bakı” klubunun 12 №-li futbolçusu Araujo Santos Oelilton ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təsir göstərdiyinə görə 10 oyunluq cəzalanır, klub 10000 manat cərimə olunur

Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçının 66-cı dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Uğur Pamuk idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur

Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş - stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak etmişdir. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd etmiş və oyunu izləməyə davam etmişdir. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək  onun klubun  iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir. 

Xəbər xətti