"Bu kodeks təkcə Mahir Şükürova, Araz Abdullayevə yox, hamıya aid edilməlidir"

00:03 - 23 Aprel 2014

Gündüz Abbaszadə: "Amma çox istəyirik ki, bu qərar hamıya şamil olunsun"
 
Dünən AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Araz Abdullayevi azarkeşi təhqir etdiyinə görə 3 oyunluq cəzalandırıb.
 
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verilən cəzaya Sportal.az-a açıqlamasında münasibət bildirib:
 
“Başqa komandanın futbolçusunun adını çəkmirəm, dilimə gətirmirəm. Sadəcə onu vurğulayıram ki, mövsüm ərzində İntizam Komitəsinin qərarlarına dəfələrlər etiraz etmişik. Bu qərar İntizam Komitəsinin “Neftçi”yə qarşı bu mövsüm ərzində qərəzli qərarların qəbul etməsinin göstəricisidir. Kor kor, gör gör. Araz Abdullayev böyük səhvə yol verib, heç bir halda azarkeşi təhqir etmək olmaz. Cəzası da tam haqlıdır və İntizam komitəsinin bu qərarına hörmətlə yanaşırıq. Amma çox istəyirik ki, bu qərar hamıya şamil olunsun. Yəni, kimlərsə arasında fərq qoyulmasın.

Azarkeşi təhqir etmək haqqında kodeks var ki, azarkeşi təhqir edən futbolçu 3 oyunluq cəzalandırılır, amma bu kodeks təkcə Mahir Şükürova, Araz Abdullayevə yox, hamıya aid edilməlidir.

Adicə, “Rəvan”la kubok oyununda rəqibin qol vuran futbolçusu azarkeşlərimizə qarşı ədəbsiz jest göstərdi, bunu da hamı gördü, amma həmin futbolçunun adı heç çəkilmədi. Misal olaraq da bunu deyə bilərəm”.

Xəbər xətti