Qolu Çeran yox, Hüseynov vurub
Premyer Liqanın 31-ci turunun “Simurq” – “Qarabağ” oyununda ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunmuşdur.
Sportal.az xəbər verir ki, lakin oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurduğu aşkarlanmışdır.
Yuxarıda qeyd edilənlə bağlı oyunun protokolunda müvafiq dəyişiklik edilmişdir. Qeyd edək ki, bu mövsüm "Simurq" - "Qarabağ" matçlarında yalnız 1 qol vurulub.
saytlarin hazirlanmasi