"Xəzər Lənkəran"ın təcrübəli müdafiəçisi Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi
- Əvvəlcədən də bilirdik ki, bizi çətin oyun gözləyir. Hər şey yaxşı başlamışdı, lakin ikinci hissədə 20 dəqiqə ərzində fərdi səhvlərə yol verdik və bunun nəticəsində qapımızda 3 qol gördük. Bu oyunda bəxtimiz gətirmədi, rəqibin başqa yüz faizlik qol epizodları da olmadı. İlk oyunda biz onlara 3 qolu hədiyyə etdik.
- Niyə də yox? Hər şey mümkündür. Əgər ilk oyunda “Qəbələ” 20 dəqiqəyə 3 qol vurubsa, biz də 90 dəqiqəyə bunu bacara bilərik. İndidən demək olmaz ki, “Xəzər Lənkəran” kubokla vidalaşıb.
- Əlbəttə, biz komanda olaraq inanırıq ki, sabah mərhələni keçə bilərik. Əsas odur ki, oyunda diqqətli olaq və səhvlərə yol verməyək. 3:0 hesabı böyük hesab olsa da, biz bu hesabı əldə edə bilərik.
- İnanmıram ki, futbolçularımızın hazırki düşdüyümüz vəziyyətdən xoşları gəlsin. Ona görə də, belə bir şeydən söhbət gedə bilməz. Əsas odur ki, biz kollektiv olaraq sona qədər vuruşacağıq.
- Gedə bilməsək, təbii ki, bu bizim üçün pis olacaq, amma bunu da faciə adlandırmaq olmaz. Futbolda faciə deyilən bir şey yoxdur. Mövsüm bizim üçün çox uğursuz alındı, ümid edirəm ki, avrokuboklara vəsiqə qazana biləcəyik.
- Bizim sabahkı oyunda onlara ehtiyacımız var. Onlar həmişə, xüsusi ilə də çətin vəziyyətdə bizə kömək edirlər. Biz də onlar üçün vuruşub finala yüksəlmək istəyirik.