Turun rəmzi yığması açıqlandı: Siyahıda "Qarabağ"dan heç kim yoxdur

16:11 - 23 Aprel 2014

"İnter"in 6 futbolçusu "ən yaxşılar" arasında
 
Premyer Liqada 31-ci turun ən yaxşıları məlumdur.
 
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlar əsasın ötən turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:


Qapıçı – Andrey Popoviç (Sumqayıt)


Müdafiəçilər – Matija Spiçiç (İnter), Brüs Abdulaye (İnter), İdan Vaytsman (Simurq), Arif Daşdəmirov (İnter)


Yarımmüdafiəçilər – Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Vaqif Cavadov (İnter), Sadio Tounkara (Xəzər Lənkəran)


Hücumçular – Uğur Pamuk (Sumqayıt), Ernest Nfor (Neftçi)

Premyer Liqada 31-ci turun ən yaxşı oyunçusu isə “İnter”dən Abdulla Abatsiyevdir.

Xəbər xətti