"Rəvan"la matçöncəsi "Neftçi"də istefa: Tahir Süleymanov getdi

13:01 - 24 Aprel 2014

Vitse-prezident istefa ərizəsini Sadıq Sadıqova təqdim etdi
 
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib. 4 ildir ki, bu klubda çalışan və qazanılan uğurlarda əməyi olan Süleymanov “Rəvan”la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini prezident Sadıq Sadıqova təqdim edib.

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, bunu söhbətində Süleymanovun özü də təsdiqləyib:

“Bəli, mən istefa ərizəmi yazmışam. Artıq həmin ərizəni klub prezidenti Sadıq Sadıqova təqdim etmişəm. Məsələ burasındadır ki, mənə görə köklü, tarixi olan “Neftçi” klubuna ziyan dəyməsini istəmirəm. Mənə verilən 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, “Rəvan” – “Neftçi” matçını izləyə bilərəm”.

Xəbər xətti