Sportal.az xəbər verir ki, "Rəvan"ı 3:1 hesabıyla məğlub edən "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra mətbuat konfransında açıqlama verib:
"Neftçi" bütün komponentlərdə rəqibindən güclü idi. 1:1 bitən ilk oyunda arının yuvasına çöp soxmuşdular. O oyundan sonra "Rəvan"ın rəsmilərinə demişdim ki, Bayıla gəlib zəhərimi tökəcəm. Mövsümün sonunda konfrans keçirib, bu mövsümdə nə gördüyümü deyəcəm. Bəlkə də mövsümün axırında futboldan getdim. Bezməmişəm, ancaq doymuşam. Tahir Süleymanovun istefasını stadionda eşitdim, bazaya qayıdıb maraqlanacam. Onu bezdirdilər. "Neftçi"yə qarşı nə qədər haqsızlıq edirlər, hamı görür".