Sportal.az xəbər verir ki, verilişin növbəti qonaqları "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov və "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergün olublar. Verilişdə Premyer Liqanın 31-ci turunun və kubok oyunlarının müzakirə aparılıb. Verilişdə bir sıra maraqlı məqamlara toxunulub, o cümlədən azarkeşlərin son oyunlarda azlıq təşkil etməsi və əsasən də "Xəzər-Lənkəran" azarkeşlərinin "Fırtınalar Meydanı"na gəlişinin azalması kimi hallarla bağlı da fikirlər səsləndirilib. Rəşad Ergün "Xəzər-Lənkəran" azarkeşlərinin həbs olunması barədə də danışıb :
"Azərbaycan futbolunun bəzəyi "Xəzər-Lənkəran" azarkeşləridi.Amma belə bir azarkeşərin həbsə salınmsından sonra digər "Xəzər-Lənkəran"lı azarkeşlər qorxurlar ki, onların da başına belə bir hal gələ bilər. Bu gün "Xəzər-Lənkəran" azarkeşlərinin həbsdə yatmasının günahını Elxan Məmmədovun vicdanına yazıram".
saytlarin hazirlanmasi