- Bilirdik ki, cavab oyunu da bizim üçün çətin olacaq. İlk oyunda 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, cavab oyununda komanda arxaynlaşmadı və intizamlı oyun sərgilədik və “Xəzər Lənkəran”a finala yüksəlmək üçün heç bir şans vermədik.
- Oyun zamanı Rasim Ramaldanovla aranda nə baş verdi ki, rəqib futbolçu al-qana boyandı?
- Topa tullanan zaman, gözlənilmədən dirsəyimlə onu vurdum. Fürsətdən istifadə edib Ramaldanovdan üzr istəyirəm. Həqiqətən bu, diqqətsizlik üzündən baş verdi.
- Əlbəttə, belə uğurlar komandada əhval ruhiyyəni düzəldir və özünəinamı artırır. Əminəm ki, uğurlu seriyanı mövsümün sonuna qədər saxlaya biləcəyik.
- Digər insanların nə deməsi mənim üçün maraqlı deyil. Biz çıxıb öz oyunumuzu oynaycağıq və çalışacağıq ki, kuboku biz qazanaq. İndidən sadəcə onu deyə bilərəm ki, maraqlı bir final qarşılaşması olacaq.
- Qətiyyən belə deyil. Kubokda bir oyunumuz qalıb və final da may ayında baş tutacaq. Hələlik bizim çox vaxtımız var. Ona qədər bütün gücümüzü çempionata sərf edib mövsümü ilk “3-lük”də bitirmək istəyirik.
- Qəbələdə bizi çox ağır oyun gözləyir. Çünki “Simurq” çempionatda ən güclü müdafiə xəttinə malik olan komandalardan biridir. Biz kubok sevincini unudub bütün fikrimizi bu oyuna yönəltməliyik. İnanıram ki, “Sİmurq”la oyunda sevinən tərəf biz olacağıq.
- Çempionatda vurduğun qollarla diqqətləri cəlb etmisən. Son oyunlarda isə fərqlənə bilmirsən, buna səbəb nədir?
- Bunun xüsusi bir səbəbi yoxdur, tezliklə yenidən fərqlənəcəyimə əminəm. Qol vura bilməməyim mənim üçün ikinci plandadır, əsas odur ki, yaxşı oyun göstərib qələbələr qazanaq. Qolu kim vurursa, vursun.