- Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Məğlubiyyətin əsas səbəbi, məncə, “Neftçi”yə qarşı açıq oynamağımız oldu, həm də ilk dəqiqələrdə qapımızda qol gördük. Bu da istər-istəməz komandada ruh düşkünlüyü yaratdı.
- Düzdür, onların legionerləri bizim komandakılara nisbətən daha səviyyəlidir, həm də onların büdcələri də çoxdur. Amma deməzdim ki, onlar bizdən qat-qat güclüdür. Sadəcə bu gün istədiyimizi edə bilmədik.
- Əlbəttə, yarımfinala qədər gəlməyimiz yaxşı nəticədi, amma bundan da artığına nail ola bilərdik, sadəcə komandada nəsə çatmadı.
- İndiyə kimi, bütün diqqətimizi kuboka yönəltmişdik, ancaq indidən sonra çalışacağıq ki, çempionatda yaxşı nəticələr əldə edək. Biz də istəmərik ki, Premyer Liqanı tərk edək və bunun üçün də əlimizdən gələni edəcəyik ki, güclülər dəstəsində qalaq.
- Artıq bu məğlubiyyəti unudub sırf o oyun haqqında fikirləşməliyik, ola bilsin ki, komandada bir az yorğunluq olsun, amma ehtiyyatda da oyunçularımız var. Inanmıram ki, həftə içi oynamağımız bizə problem yaratsın.
- Elə də ciddi bir şey yoxdur. AZAL-la oyuna qədər tam hazır olaram və baş məşqçinin şans verəcəyi təqdirdə meydanda ola bilərəm.