Güloğlan Cabbarov:"Biz bəzi kabinetində oturub harınlayan insanlardan çox-çox işlər görmüşük"

15:52 - 25 Aprel 2014

Güloğlan Cabbarov: "Və bu qərəzli insanlar gec tez bunun hesabını verəcəklər"
 
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov AFFA tərəfindən günahsız yerə 20 min manat cərimələnməsinə etiraz olaraq dünən istefa verdi. Onun istefa verməsinin səbəbini "Neftçi"nin sabiq idman direktoru Güloğlan Cabbarov öz "facebook" səhifəsində yazdığı statusla bildirib.
 
Sportal.az həmin statusu təqdim edir:
 
"Tahir Süleymanovun AFFA-nın əsassız yerə "“Neftçi”ni 20 min manat cərimələməsi üzündən istefası Azerbaycan futbolunda qara ləkədi. Və bu qərəzli insanlar gec tez bunun hesabını verəcəklər. Bir futbol adamının bu səviyyədə aşağılanması qəbul edilməzdi. Buna görə də, AFFA rəhbərinin bu məsələni daha dərindən incələməsinin və məsələyə münasibət göstərməsini arzu edirəm. İnanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq. Tahir Süleymanov futbol adamıdı və futboldan başqa gedəcək yeri də yoxdu. Bu gün onu bu istefaya qərəzli şəkildə sürükləyənlər bilsinlər ki, biz “Neftçi”də başda Sadıq Sadıqov olmaqla, tarix yazmışıq və bəzi kabinetində oturub harınlayan insanlardan çox-çox işlər görmüşük. Bizə bu görəvi verən rəhbərliyimizə sədaqətlə qulluq etmişik. Bəziləri bizim gördüyümüz işləri 20 ilə bacara bilməyəcək, buna əminəm"
 

Xəbər xətti