- Oyun bizim üstünlüyümüzlə keçdi, hər mövqedə rəqibi üstələdik. Oyundan öncə əsas məqsədimiz finala vəsiqə qazanmaq idi, şükürlər olsun, məqsədimizə çatdıq.
- İlk oyundakı hesab təsadüfi idi. Bu oyunda biz meydanda da sübut etdik ki, “Neftçi” “Rəvan”dan güclüdür. İlk oyunda sadəcə oyunumuz alınmamışdı, amma bu gün hər şey istədiyimiz kimi keçdi.
- Məşqçilər korpusu kubok oyunlarında mənə şans verir, mən də çalışıram ki, lazımınca dəyərləndirim. Premyer Liqada oynamağım baş məşqçidən asılıdır, o nə desə, o da olacaq. Böyükağa Hacıyevlə söhbətim olmayıb. Fikirləşirəm ki, mənim üçün əsas oynamaqdır, oynadıqca daha da təcrübəm artır.
- Mən “Neftçi”nin futbolçusuyam, buna mən yox, məşqçilər korpusu qərar verər. Lazım olsa, yəqin ki, göndərərlər.
- Bizim üçün fərqi yox idi, rəqibimiz ya “Qəbələ” olsun, ya da “Xəzər Lənkəran”. Meydana çıxıb öz oyunumuzu oynayacağıq və çalışacağaq ki, kuboku qazanaq. Mövsümü titulsuz başa vurmaq istəmirik.
- Yox, əlbəttə ki. Kubokun finalına 1 aya yaxın vaxt var. Çempionatda da komanda çalışacaq ki, əlindən gələni edib mövsümü ikinci yerdə başa vuraq. Hələ qarşıda 5 tur var, bu da 15 xal edir.