I divizionda qalmaqal: Elvin Əsgərov klub prezidentini özündən çıxartdı: "Çəkinirsə, burda nə işi var?"

19:06 - 26 Aprel 2014

"Ancaq fakt odur ki, bunlar hamısı onun gözünün qarşısında baş verir"
 
Az öncə başa çatan "Şahdağ" - "Qaradağ Lökbatan" matçı hakim qalmaqalı ilə yadda qalıb. Belə ki, "Qaradağ Lökbatan" hakimlikdən narazı qalıb. Onlar "Şahdağ"ın iki qolunun qeyri-qanuni vurduğunu iddia edir.
 
Bu barədə "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev Sportal.az-a ətraflı məlumat verdi.
 
"Biz hücum elədiyimiz zaman rəqib kobudluqla qarşısını kəsir, cərimə zərbəsi təyin etmir. Cəhənnəm, cərimə zərbəsini vermir, onlar əks hücumda futbolçusu topu əl ilə ram edir, qapımıza qol vurur, yenə hakimin fiti susur.  Deyə bilmərəm, Elvin Əsgərov bunu qəsdən edib. Ancaq fakt odur ki, bunlar hamısı onun gözünün qarşısında baş verir. Qapımıza oyundankənar vəziyyətdən qol vururlar, o da bu qolu hesaba alır. Əgər Əsgərov qayda pozuntularını görmürsə, o, burda nə gəzir. Dərd orasındadır, bu epizodlar onun gözünün qabağında baş verir.  Düzdür, yerli tamaşaçılar hakimin arxasında dayanmışdılar. Əgər Elvin Əsgərov qorxusunda belə edirsə, burda nə işi var?
 
Ramal Hüseynova heç nədən qırmızı vərəqə verir. Soruşanda da deyirlər ki, söyüş söyüb. Ramal da and içir ki, söyüş söyməmişəm, sadəcə deyib ki, mənə niyə sarı vərəqə verdin.
 
Elvin Əsgərova heç bir söz demədim,nə də ki, ona qarşı fiziki təzyiq oldu. Bütün şikayətimizi protokolda qeyd etdik".

Xəbər xətti