Pantiç kimi fərqləndirdi: "Qol vursaydı, həyatının oyunu olardı"

18:50 - 27 Aprel 2014

"Sumqayıt" "Neftçi"ni iki dəfə məğlub etmiş komandadır"
 
Premyer Liqanın 32-ci turunda "Sumqayıt"la 1-1 hesablı heç-heçə edən "Bakı"nın baş məşqçisi Milinko Pantiç fikirlərini bildirib.
 
Sportal.az onun fikirlərini təqdim edir:

"Bu gün yaxşı oynadıq, yaxşı mübarizə apardıq, ən yaxşı oyunlarmızdan bir idi. Qol epizodlarımız oldu. Onlardan yalnız birindən yararlana bildik. Unutmayın ki, "Sumqayıt" "Neftçi"ni iki dəfə məğlub etmiş komandadır.Mənə elə gəlir ki, onlar bizə xüsusi motivasiya ilə hazırlaşmışdılar. Elvin Məmmədovun oyununu xüsusi vurğulamaq istəyirəm.Bu gün hər şey etdi, sadəcə qol vura bilmədi. Qol vursaydı, həyatının oyununu oynamış olardı."

Xəbər xətti