Hacıyev: "Qarabağ" bu cür heyətlə qrup mərhələsinə düşməyəcəksə, bəs nə vaxt düşəcək?"

22:49 - 27 Aprel 2014

"Yəqin ki, "Qarabağ" bu il çempion olacaq"
 
"Bu gün bir-birinə layiq iki komanda mübarizə aparırdı. Heyətimizdə bir neçə futbolçu yox idi. Fikrimcə, heç-heçəlik oyun idi, qol epizodları çox olmadı. Rəqib qapıçının cərimə meydançasından kənarda oynamasına və Reynaldonun ilk dəqiqələrdəki hərəkətinə qırmızı vərəqə verilməli idi. Yəqin ki, “Qarabağ” bu il çempion olacaq, onlara uğurlar arzulayıram"
 
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Qarabağ"la oyundan sonra bildirib. O,"Qarabağ"ın avrokuboklarda çıxışına da toxunub.
 
“Neftçi”nin Avropada göstərdiyi nəticəni təkrar etsələr biz də sevinərik. Gənc futbolçularımız çoxdur, çəkinmədən onlara şans veririk. İstədiyimiz an, istədiyimiz rəqibə sübut edərik ki, biz varıq. Məşqçi kimi mənim səhvlərim olub. “Qarabağ”da seleksiya işləri yüksək səviyyədədir. “Qarabağ” bu cür heyətlə qrup mərhələsinə düşməyəcəksə, bəs nə vaxt düşəcək?”

Xəbər xətti