Qurbanov: "Bugünkü oyun bizim üçün bir siqnal oldu"

22:58 - 27 Aprel 2014

"Bizi vaxtından əvvəl çempionluqla təbrik edirdilər"
 
"Daha çox qayda pozuntuları və mübarizə ilə yadda qalan maraqlı oyun oldu. Futbolçular bir-birinə qarşı sərt idi, oyunun sonlarına yaxın bir az sakitləşdilər. Mövsümün sonudur, futbolçularda gərginlik var. Nəticəni normal sayıram".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə matçdan sonra bildirib. Təcrübəli mütəxəssis oyunlarından razı qalmadığını da dilə gətirib:
 
"Bizi vaxtından əvvəl çempionluqla təbrik edirdilər. Bugünkü oyun bizim üçün bir siqnal oldu, tələsmək lazım deyil. Qarşıda 4 oyunumuz var, hər bir rəqib bizim üçün çətindir. Çempionatda sizi daha maraqlı oyunlar gözləyir. Futbolçulara demişdim ki, soyuqqanlı olmalıyıq. Oyunumuzdan tam razı qalmadım, rəqibin pressinq tətbiq edəcəyini bilirdim"

Xəbər xətti