"İki fərqli hissə alındı"
"İki müxtəlif hissə oynadıq. İlk hissədə qonaqlar, ikinci hissədə biz daha yaxşı oynayırdıq. Düşünürəm ki, heç-heçə tamamilə ədalətli nəticədir".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Neftçi" ilə qarşılaşmadan (1:1) sonra bildirib. O, "Qarabağ"ı vaxtından əvvəl çempion kimi təbrik edənləri də qınadığını söyləyib:
"Hələlik ortada rəsmi bir nəticə yoxdur, ancaq bəzi komandalar bizi çempion kimi təbrik edib, onların hansı məqsəd güddüyünü bilmirəm. Biz heç kimi vaxtından əvvəl tbrik etməmişik. Bu futbolçu etikasına yaraşan hərəkət deyil. Bizi indidən təbrik edənləri qınayıram.
İkinci pillə ilə aramızda 8 xal fərqi var, hələ 4 tur var. Nəzərə alın ki, ikinci pillədə qərarlaşan "İnter"lə, üç komanda ("Bakı", "Sumqayıt" və "Xəzər Lənkəran") ilə səfərdə oyunlarımız var. Bu oyunların hər birində xal itirə bilərik"
saytlarin hazirlanmasi