- Maraqlı oyun oldu, sürətli qarşılaşma oldu. Hər iki komanda baxımlı oynadı. Oyunun ədalətli nəticəsi heç-heçə idi, çünki hər iki komandanın qol epizodları oldu, yararlana bilmədik.
- Yaddan çıxarmayın ki, iki gün əvvəl də “Rəvan”la kubok oyunu oynamışdıq, öz də süni örtükdə. Ona görə də, gücümüzə qənaət edirdik. Əgər ilk dəqiqələrdən hücuma arılsaydıq, axırda gücümüz qurtardı. Yaxşı taktika seçdik və nəticə də pis deyil.
- Çalışacağıq ki, ikinciliyi qaytaraq və kuboku da götürək. Sözün açığı, ikinciliklə üçüncülük arasında elə də ciddi fərq yoxdur, hər ikis avrokuboklara gedir. Sadəcə bu bizə prestij baxımından lazımdır. Kuboku da götürməliyik ki, bu mövsüm titulsuz qalmayaq.
- Hələ çempion olmayıblar, ona görə də onları tez təbrik etmək onların acığna gələ bilər. Hələ irəlidə oyunlar var, bəlkə növbəti tur udub çempion olacaqlar, bəlkə də bütün oyunları uduzacaqlar. Ona görə də, indidən təbrik etmək düzgün deyil.
- Bunun problemi yoxdur. Elə oyun olur ki, kapitan kimi Mahir çıxır, elə də olur mən. Bunun mənə heç bir təsiri yoxdur, mənim işim meydanda oynamaqdır, kənardan da görsənir necə oynayır. Ona görə, sarğının kimdə olmasının fərqi yoxdur.