"Xəzər Lənkəran"ın uğursuz çıxışında iki zərərçəkən var"

15:43 - 28 Aprel 2014

"Mustafa Dənizli ilə görüşmək istəsələr, istənilən vaxt klub rəhbərliyini müraciət edə bilərlər"
 
"Azarkeş azaddır, onlar da nəticə istəyir, üzülür. Komandanın uğursuz çıxışında iki zərərçəkən var: biri azarkeşdir, digəri də kifayət qədər pul xərcləyən amma nəticə görməyən klub rəhbərliyidir".
 
Bu sözləri Sportal.az- a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib. O, həmçinin azarkeşlərlə Dənizli arasında görüşün mümkünlüyündən də danışıb:
 
"Bizim qapımız hər zaman azarkeşlərin üzünə açıqdır. Mustafa Dənizli ilə görüşmək istəsələr, istənilən vaxt klub rəhbərliyini müraciət edə bilərlər. Biz də çalışarıq ki, bu görüşü təşkil edək".
 
Klub rəsmisi komandanın uğursuz çıxışına da toxunub:
 
"Mustafa Dənizli həqiqətən cari çempionatda ilk "3-lüy"ü və ölkə kubokunu söz vermişdi, amma alınmadı. Bilmirəm, nə deyim?"

Xəbər xətti