Azərbaycan futbolunda növbəti BİABIRÇILIQ: AFFA-nın göndərdiyi idman direktorunu döyüb, qovdular

17:35 - 29 Aprel 2014

Elxan Məmmədovun layihəsində ilk qalmaqal

 

Bir neçə gün əvvəl “Bakı”ya AFFA tərəfindən idman direktoru təyin edilib. Maraqlı odur ki, “Bakı”nın yeni təyinatı “İnter”dən qovulan alman mütəxəssis Spittler Torsten olub.

 

Hələ bir müddət əvvəl Sportal.az saytına açıqlama verən Georgi Nikolov AFFA tərəfindən təyin olunan idman direktorunun klubun işinə müdaxilə etməsinə imkan verməyəcəyini demişdi. Əldə etdiyimiz məlumata görə, alman mütəxəssisin sözü “İnter”in akadmiyasının direktoru Valentin Xodukinlə düz gəlməyib. Mübahisə bir qədər də böyüyüb və vəziyyət o həddə çatıb ki, klub işçiləri Torsteni döyüb, qovublar.

 

Hələ bir müddət əvvəl saytımızda Emin Abbasovun AFFA tərəfindən idman direktorlarının təyinatı ilə bağlı yazı yerləşdirilmişdi. Abbasov iddia edirdi ki, bu layihənin iş mexanizmi düzgün hazırlanmayıb. Göründüyü kimi, AFFA-nın baş katibi Elxan Məmmədovun yarıtmaz layihəsi üzündən Azərbaycan futbolunda daha bir biabırçılq yaşandı.  

Xəbər xətti