Türkiyəli mütəxəssis komandada qalır
Bu gün mətbuatda "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin istefa verib komandadan ayrıldığı haqqında xəbərlər yayılıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Dənizli komandada qalacaq. Belə ki, bu vaxta qədər Dənizli iki dəfə istefa verib. Lakin klub rəhbərliyi onu postunda saxlamağa razı salıb və mütəxəssisə gələn mövsüm üçün komanda formalaşdırmaq tapşırılıb.
Hazırda Türkiyəyə yollanan Dənizli səhhtəini müayinə etdirib komandanın başına qayıdacaq. Türkiyədə onun klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşəcəyi və gələn ilki planını fəxri prezidentə təqdim edəcəyi gözlənilir.
saytlarin hazirlanmasi