Elnur Əşrəfoğlu "Neftçi"yə vitse-prezident kimi qayıdır

12:35 - 30 Aprel 2014

"Mayın 25-dən sonra bu təyinat reallaşmalıdı"

 

Tanınmış jurnalist Elnur Əşrəfoğlu “Neftçi”yə qayıdır. Əşrəfoğlu bunu publika.az saytına verdiyi müsahibədə bildirib:

 

“Neftçi”də vakant vitse-prezident postu var. Sadıq müəllim məni o posta dəvət edib. İnşallah mayın 25-dən sonra bu təyinat reallaşmalıdı. Sadıq Sadıqov mənim qara gözümə, qara qaşıma aşiq olmayıb. O, Elnurun “Neftçi”dəki işini görüb və ona görə də məni ora dəvət edib. Başımı aşağı salıb öz işimi görəcəm. Təbii ki, mənim də layihələrim, təkliflərim olacaq. Onları rəhbərliyə təqdim edəcəm”.

 

Qeyd edək ki, Elnur Əşrəfoğlu əvvəllər “Neftçİ”də iki il mətbuat katibi kimi çalışıb. 

Xəbər xətti