"Mövsümün sonunda karyeramı yekunlaşdırmağı fikirləşirəm"

16:40 - 30 Aprel 2014

Samir Abbasov: "Oynadığımız oyuna görə, 1 xal da pis deyil"
 
"Bakı" ilə oyunda bir xal pis deyil, çünki həmin oyunda yaxşı oynamadıq. Birinci hissə təmiz fərqli, yaxşı oynadıq. İkinci hissə isə oynaya bilmədik. "Neftçi" ilə oyundan sonra komanda bu oyuna köklənə bilməmişdi. Düşünürdülər ki, oyun rahat keçəcək. Oynadığımız oyuna görə, qazandığımız bir xala sevinirik".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Samir Abbasov bildirib. O, zədəsi və karyerası haqqında sualları da cavablandırıb.
 
"Belimdə ağrılar var idi. Bəlkə Aleksandr Çertaqanov və Uğur Pamuk olsaydı, oynamazdım. Həmin oyunda da komandanı tək qoymaq istəmədim. İynə gücünə meydana çıxdım. Növbəti oyunda forma geyinib- geyinməməyim dəqiq deyil"
 
Mövsümün sonunda karyeramı yekunlaşdırmağı fikirləşirəm, amma hələ qərar verməmişəm. Oynayıb-oynamayacağım əlli-əlliyədir"

Xəbər xətti