"Rəvan"ın sabiq mətbuat katibi: "İşimi dəyərləndirənlər təkliflərini irəli sürüb"

11:33 - 1 May 2014

Elvin Yaqubov: "Tam istirahətə ehtiyacım var idi"
 
"İlk olaraq, maraqlandığınıza görə təşəkkürümü bildirirəm. Hazırda heç bir işlə məşğul deyiləm. Çünki son 5-6 ildə demək olar, istirahət etmək imkanım olmamışdı, məzuniyyət götürməmişdim. Ona görə də hərtərəfli, tam istirahətə ehtiyacım var idi".

Bu sözləri Sportal.az-a açıqlamasında  “Rəvan”ın sabiq mətbuat katibi  Elvin Yaqubov bildirib. O, hələlik təkliflərə meyl etmədiyini də dilə gətirib:

"Hazırda istirahət barəsində fikirləşdiyimdən təkliflərə bir o qədər meyl etmirəm. Düzdür, çox sağ olsunlar, işimi dəyərləndirənlər təkliflərini irəli sürüb. Amma dediyim kimi, yaxın müddətdə real addım atmaq fikrim yoxdur. Amma üzərində düşünüləsi 4-5 variant var. Məsələ real danışıq müstəvisinə çıxmadığından konkret ad çəkməyəcəm, üzürlü sayın".

O, yeni iş yerinin 3 müxtəlif sahədə ola biləcəyini də vurğulayıb:

"Yeni iş yerim klub da ola bilər, jurnalistika sahəsi də, rəsmi qurum da..."

Yaqubov həmçinin jurnalistlərin klubda işləyə bilməməsi məsələsinə də toxunub:

"Jurnalistlərin klublarda işləyə bilməməsi fikri ilə razı deyiləm. Çünki hazırda Premyer Liqada çıxış edən klublarımızın demək olar, hamısında sabiq jurnalistlər çalışır. Sadəcə, fərqli amplualarda. İstənilən halda, işinə məsuliyyətli yanaşan kəs bacarığı olduğu istənilən sahədə çalışa bilər"

Xəbər xətti