"Neftçi" ilə oyun bizə dərs oldu" MÜSAHİBƏ

12:20 - 1 May 2014

Qara Qarayev: "Oyunumuz alınmır, əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Sportal.az-a müsahibəsi
 
- “Neftçi” ilə oyunda 1 xala razılaşdınız...
- Bu oyuna yaxşı hazırlaşmışdıq, istəyirdik ki, qələbə qazanaq, amma alınmadı. Əllərimizi-qollarımızı yığıb sallamamalıyıq. Deməzdim, “Neftçi” ilə oyun bizim üçün pis olmadı, bu da bir dərs oldu.

- Oyunun ədalətli nəticəsi heç-heçə idi?
- Fikrimə görə, bizim də, rəqibin qol epizodları oldu. Ancaq bizim epizodlar həm çox, həm də daha təhlükəli idi. Əsas o idi ki, bu oyunda meydandan xalsız dönmədik.

 
-  Ardıcıl iki oyundur ki, komanda xal itirir. Sanki komandada arxaynlaşma var..
- Yox, deməzdim komandada “boşalma” var. Sadəcə, çempionatın sonu ağır keçir. Buna hər il şahid olmuşuq. Oyunumuz alınmır, əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik. Çalışıb bunu aradan götürməliyik.

- Bəzi klublar artıq indidən “Qarabağ”ı çempion kimi təbrik edir. Buna münasbətin necədir?
- Biz hələ çempion olmamışıq, ona görə də belə hallar olmamalıdır. Özümdə bəyənmirəm. Nə vaxt çempion olarıq, onda təbrik eləsələr, daha yaxşı olar.

- Sabah “Bakı” ilə səfərdə qarşılaşacaqsınız..
- “Bakı” ilə oyunlarımız çətin keçir, ilk səfər oyununda da məğlub olmuşduq. Ona görə, sabahkı oyuna çox ciddi hazırlaşmışıq. Çalışacağıq ki, bundan əvvəlki oyunlarda buraxdığımız səhvləri indi təkrarlamayaq. Bu oyunda komandanı yalnız qələbə qane edir.

Xəbər xətti