Bu sözləri Sportal.az-a açıqlamasında millimizə ilk dəfə dəvət alan “Bakı”nın gənc müdafiəçisi Şəhriyar Əliyev bildirib. O, millidə rəqabətə hazır olduğunu da dilə gətirib:
“Əsas millidə müdafiəçilərimizin hamısı çox yaxşı futbolçulardır. Və müdafiəçilər arasında da rəqabətin olacağını bilirəm və bu rəqabətdən də çəkinmirəm. Əsas heyətdə olmağım üçün ən yaxşısını edəcəm.
Düzdür, çempionatda elə də çox oynamıram, bu da mənə bir az çətinlik yaradır. Əlimdən gələni edəcəm ki, millinin adına layiq futbolçu olum”.