Böyükağa Hacıyevdən etiraf: "Günahkar mənəm"

20:12 - 2 May 2014

"Syominə can borcum var, mayın 22-də qaytarar"
 
Premyer Liqanın 33-cü turunda "Neftçi" doğma meydanda "Qəbələ"yə məğlub oldu 2:1
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev məğlubiyyətə şərh verib:
 
"Məğlub olduq. Qarşıda ölkə kubokunun final oyunu var. Əsas heyətin yarısının olmamasını bəhanə etməyəcəm. Çox istəyən azdan da olar. Əsas odur ki, kubokun finalında qalib gələk. Syominə can borcum var, mayın 22-də qaytarar. Gəncləri meydana buraxdım, bundan sonra oyunun ritmi pozuldu. Amma günahkar gənclər yox, mənəm. Mövsümün sonunda futbolçularda motivasiya çatışmır"

Xəbər xətti