"Neftçi"nin kapitanı "Qəbələ" ilə oyundan, Kardoso ilə mübahisəsindən danışdı MÜSAHİBƏ

00:47 - 3 May 2014

"Qarabağ"dan xal ehtiyatına görə çox arxaya düşmüşük"
 
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Sportal.az-a müsahibəsi:
 
- "Qəbələ" 2:1 hesabı ilə məğlub oldunuz...
-Oyun çətin oldu. Düzdür, yaxşı oynadıq. Yaxşı da başlamışdıq. 1-0 da öndə idik. Sadəcə, sonra komanda uşaq səhvləri etdi. 1-2 geriyə düşüb, məğlub olduq.

- Rəşad, yaxşı başlasanız da, ilk hissədə oyunda hərəkətlilik yox idi.
- Yox, hərəkət var idi. Sadəcə, biraz isti idi. Siz özünüz də tribunada idiniz və mənə elə gəlir ki, sizə də isti idi. Ona görə. İkinci hissə biraz sərin oldu deyə, komandanın hərəkəti biraz daha artdı.

- Bu gün aqressiv idin.
- Uduzmaq istəmirdim. Ona görə. Aqressivlik bundan irəli gəlir. Heç kim uduzmaq istəmir. Hansı oyuna çıxıramsa, uduzmaq istəmirəm. Ona görə biraz hirs olur.

- Əvvəl gənclərə irad bildirirdin. Məsələn, Ruslanın üstünə qışqırırdın.
- Biraz top çox itirəndə hirs yaranır. Bu da adi haldır.

- Bəs, Kardoso ilə mübahisəniz nə üstündə oldu?
- Kardoso üstümə qışqırdı oyun epizodunda. Mən də onun cavabını verdim. Sonra gəldi üzr istədi. Problem yoxdu.

- Demək olar ki, ehtiyatdakı oyunçular bu gün “Neftçi”də matçın gedişini dəyişəcək gücdə deyil.
- Bu gün doğrudan da elə idi. Beş-altı nəfərimiz də əsas heyətdən yox idi.

- Bunu kubok öncəsi bir taktika hesab etmək olar?
- Yox, çalışacağıq kubokda qələbə qazanaq. Çünki, bizə kuboku qazanmaq çox lazımdır. Mövsümü titulsuz başa vurmaq bizə yaraşmaz.

- Son oyunlarda çempionatda demək olar ki, “Neftçi” əvvəlki əzəmətindən heç nə saxlamayıb. Bu nə ilə bağlıdır?
- Biraz ola bilər ruh düşkünlüyü yaranıb. Bu da ki, “Qarabağ”dan xal ehtiyatına görə çox arxaya düşmüşük. Bu da bizdə psixoloji olaraq ruh düşkünlüyü yaradıb.

 

Xəbər xətti