PFL rəsmisi: "Qarabağ" və "İnter"in xalları eyni olarsa, "Qızıl oyun" baş tutacaq"

16:12 - 3 May 2014

"Həmin oyunun qalibi də çempion sayılır"
 
Premyer Liqanın başa çatmasına 3 tur qalmış lider "Qarabağ" ikinci pillədəki "İnter"i 6 xal qabaqlayır. Əgər komandalar çempionatın bitimində eyni xal toplayarlarsa, çempion necə məlum olacaq?.
 
Bu sualı cavablandırmaq üçün PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. O, Sportal.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
 
"Çempionatın sonunda əgər həm "Qarabağ"ın, həm "İnter"in xalları eyni olarsa, mövsüm ərzindəki hər iki komandanın arasında baş tutan oyunlara baxılmır və həmin komandalar arasında "Qızıl oyun" keçirilir. Həmin oyunun qalibi də çempion sayılır".

Xəbər xətti