Sportal.az Sportarena.az-a istinadən xəbər verir ki, tanınmış futbol azarkeşi İlqar Həmzəyev "Neftçi"nin bu vəziyyətinə rəy bildirib:
"Kubok oyununda "Qəbələ" "Qarabağ"ı məğlub edəndə, çox jurnalistlər deyirdi ki, bu oyun bilərəkdən verilib. Amma mən həmişə deyirəm ki, "Qəbələ" "Qarabağ" səddini halallıqnan keçdi. Çünki, Qurban Qurbanovu tanıyıram necə adamdır. Dünən "Qəbələ"nin "Neftçi"ni məğlub etməsi də bir daha oların güclü olduğunu sübüt etdi. Berti Foqtsdan əvvəl Azərbaycan millisi var idi ki, indiki "Neftçi" də həmin anları xatırladır. Oyunun 60 dəqiqəsini oynayır və sonra fiziki olaraq çatdırmır. Bu da "Neftçi"nin azərbaycanlı futbolçulara üstünlük verməsindən irəli gəlir. Bu gün "Neftçi"nin fiziki vəziyyəti çox bərbad vəziyyətdədir. "Qəbələ" finalda da "Neftçi" məğlub edəcək, həmdə böyükhesabla. Qollar da oyunun ikinci hissəsində vurulacaq. Çıxış yolunu "Neftçi"yə əcnəbi məşqçi gətirməkdə görürəm".